"Təmiz Şəhər"in zərəri 213 milyon manata çatıb

Maliyyə-Biznes | Sosial 15 yanvar 2021
0


İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2019-cu ili 17,776 milyon manat zərərlə başa vurub.

“Newscafe” xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 47,4% azdır.

2019-cu ildə "Təmiz Şəhər"in gəlirləri 4,820 milyon manat (2018-ci illə müqayisədə 6,5% çox), cəmi əməliyyat xərcləri 21,279 milyon manat (28,3% az), əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərər 9,457 milyon manat (26% az), ehtimal olunan kredit zərərlərinin bərpası 8,123 milyon manat (2,1 dəfə çox), digər gəlirlər 15,98 min manat (9,7% çox) təşkil edib.

Hesabat dövrünə "Təmiz Şəhər"in yığılmış zərəri 9,1% artaraq 212,990 milyon manata çatıb.

 

 

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031