“Aztelekom”un xalis zərəri 5 dəfə artıb

Tural İbadlı HiTech 15 aprel 2022
“Aztelekom”un xalis zərəri 5 dəfə artıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2020-ci ili 8,516 milyon manat xalis zərərlə başa vurub.
NewsCafe” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 4,5 dəfə çoxdur.
2020-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 90,677 milyon manat (2019-cu illə müqayisədə 7,5% çox), xidmətlərinin maya dəyəri 65,6 milyon manat (19,5% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 31,334 milyon mant (11,6% çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən zərəri 1,969 milyon manat (2,2 dəfə çox), maliyyə xərcləri 655 min manat (45,4% az), sair qeyri-əməliyyat gəlirləri 1,057 milyon manat (2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 692 min manat (5,5 dəfə az) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 227,32 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8% artaraq 35,697 milyon manata, balans kapitalı isə 4,7% artaraq 191,623 milyon manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930