Əli Həsənov: "Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar"

Tural İbadlı Əməliyyat-axtarış 18 yanvar 2021
0
"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda- bizim.media az, bakupost az, publika az, axar az, demokrat az, yenisabah az və “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində  “Əli Həsənov tutularaq Azərbaycana gətirildi”  başlıqlı növbəti yalan yayıblar".
"NewsCafe" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, heç bir iş üzrə sorğulanmayıb:
"Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yadadıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar".
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031