ABŞ prezidenti 73 nəfəri əfv edib

Tural İbadlı Xarici xəbərlər 20 yanvar 2021
0
ABŞ prezidenti Donald Tramp 73 nəfəri əfv etdiyini, daha 70 nəfərin cəzasını yüngülləşdirdiyini elan edib.
NewsCafe” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, əfv edilənlər arasında D.Trampın keçmiş köməkçisi Stven Bennon da var.
O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib. O, 2017-ci ilin yanvarından avqustunadək D.Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031