Metro nə zaman açılacaq?

Tural İbadlı İnfrastruktur | Sosial 21 yanvar 2021
0
Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, universitet və institutlar fevralın 15-dən açıla bilər.
Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.
Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında isə bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.
Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031