Sentyabrın 14-ü metronun fəaliyyəti bərpa oluna bilər

Tural İbadlı İnfrastruktur 04 sentyabr 2020
0

Sentyabrın 14-də Bakı metrosu sərnişinlərinlərin istifadəsinə verilməsi gözlənilir. “NewsCafe”nin əldə etdiyi məlumata görə, metro stansiyaları açılışa hazırlanır.

Məlumatda deyilir ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması da “Bakı Metropoliteni” QSC ilə Operativ Qərargah arasında aparılan müzakirələr zamanı birincinin təklifi ilə olub. Stansiyaların açılması sentyabrın 13-ü üçün təklif olunsa da həmin günün bazar gününə düşməsi və həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması səbəbindən qərarın 14 sentyabrda qüvvəyə minməsi gözlənilir.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında hazırda bu məsələ ətrafında hər hansı rəsmi təklif və qərarın olmadığını qeyd edib.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930