Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib

Daxili xəbərlər | Ekologiya | Sosial 05 fevral 2021
0

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Newscafe"yə verilən məlumata görə, ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib.
Küləyin sürəti Daşkəsəndə 25 m/s, Gəncədə 24 m/s, Xaçmaz, Naftalanda 22 m/s, Mərəzə, Xınalıq, Ağstafada 20 m/s, Şəkidə 19 m/s, Tovuz, Yardımlı, Gədəbəydə 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Pirallahıda 20 m/s, Qum adasında 18 m/s, Binədə 17 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728