Ramiz Mehdiyev bu şəxsə vəzifə verdi

Tural İbadlı HiTech | Sosial 05 fevral 2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub. Bu barədə “NewsCafe”yə qurumun mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.
AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib. 
Qeyd edək ki, Əbülfəz Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2  monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728