Rasim Məmmədovun yerini “Qala Sığorta” şirkətinin rəhbəri tutdu

Tural İbadlı Maliyyə-Biznes 09 fevral 2021
0

Baku Steel Company”yə yeni baş direktor təyin edilib.

NewsCafe” Virtualaz.org-a istinadən verdiyi məlumata görə, şirkətin KİV-də yayılan bəyanatında bildirilir ki, bu vəzifəni Kamal Mirsahib oğlu İbrahimov tutub.

Bundan əvvəl Kamal İbrahimov “Qala Sığorta” ASC-nin rəhbəri olub.

“Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.

"Son günlər şirkətimiz haqqında müxtəlif yoxlanılmamış informasiyaların yayılması ilə əlaqədar bildiririk ki, şirkətə daxil olan bütün müəssisələr adi rejimdə işləyirlər. Zavodlarımız yüksək keyfiyyət standartlarına cavab verən məhsullar istehsal etməkdə davam edir", - deyə şirkətin bəyanatında bildirilir.

Xatırladaq ki, əvvəllər “Baku Steel Company”yə tanınmış biznesmen Rasim Məmmədov rəhbərlik edirdi. O, külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs edilib.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728