Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Ölüm 13 fevral 2021
0
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.
NewsCafe”nin xəbərinə görə, əsgər Məmmədli Cavidan Valeh oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728