Bayram günü tərxis edilən əsgər itkin düşüb

Tural İbadlı Əməliyyat-axtarış 07 yanvar 2021
0
Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.
"NewsCafe" xəbər verir ki, ailə üzvlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, 25 yaşlı K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib.
Daha sonra isə onları Abşeron rayonunda yerləşən hərbi hissəyə gətiriblər. Ailə üzvləri həmin vaxt hərbi hissəyə gedərək Kamalla görüşüblər.
Dekabrın 31-i isə ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Həmin gün Kamalın üzərində olan mobil nömrəyə zəng edəndə bir neçə dəfə zəng çalsa da, cavab verən olmayıb, daha sonra isə telefonuna zəng çatmayıb.
Ailə bir neçə gün öncə onun itkin düşməsi ilə bağlı Abşeron rayon Polis Şöbəsinə müraciət edib.
Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlayaraq məlumat verməsi xahiş olunur.

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031