Fevral ayının pensiya ödənişləri başa çatdırıldı

Tural İbadlı Sosial təminat | Sosial 16 fevral 2021
0
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.
"NewsCafe" xəbər verir ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi də həyata keçirilib.
Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728