Faiq Ağayev deputat olmaq istəyir

Tural İbadlı Şou 17 fevral 2021
0
“Seçicilər mənə etimad göstərsələr, millət vəkili olaram” .
"NewsCafe" xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Faiq Ağayev deyib. O, bildirib ki, gələcəkdə millət vəkili ola bilər: “Tarix bəlkələri, kaş kiləri sevmir. Amma söhbət müstəvisində desəydilər ki, müğənni olaraq qalırsan, millət vəkili olmaq, böyük bir prodüser mərkəzi açmaq, televiziyada çalışmaq təkliflərinə razı olardım. Millət vəkilliyini də bacaracağım iş kimi görürəm. Bunu istisna da etmirəm. Məsələn mən deyirdim ki, heç vaxt saçımı qısa kəsdirmərəm. Amma kəsdirdim, ləzzətini alıram. Seçicilər mənə etimad göstərsələr, hə istisna olunmur. Məsələn bu yaxınlarda çəkdirdiyim işi bir ay öncə planlaşdırmışdım. Amma millət vəkilliliyinə planlı şəkildə hazırlaşmıram. Fərq budur. Millət vəkili olmaq üçün sadəcə səlis danışıq yetmir. Bu sadəcə millət vəkilinin bacardığı tərəflərdən biri olmalıdır. Bizim parlamentdə də təsadüfi insanlar var. Bu əhalimizin seçimidir. Əhalinin seçiminə hörmətlə yanaşmalıyıq. Bəzi insanlar onların danışığına baxıb, deyir ki, qoy Faiq Ağayev olsun. Onlardan qat-qat yaxşı danışır. Bu da düzgün yanaşma deyil. Təkcə danışığa qalsa, o qədər alçaq, ağıllı danışan insanlar var ki... Lətifəsi məndən uzaq”.
Qeyd edək ki, sözügedən açıqlamaya müsahibənin 37-ci dəqiqəsindən sonra baxa bilərsiniz.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728