Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır

Tural İbadlı Oğurluq 18 fevral 2021
0
Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından suistifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.
Bu barədə “NewsCafe”yə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
“Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.
https://www.facebook.com/cert.gov.az/posts/1702423473269491
Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728