Dövlət Xidməti: Sizi belə posta işarələsələr inanmayın, adınızı silin

Tural İbadlı HiTech | Siyasət 01 sentyabr 2021
“Facebook və digər bənzəri sosial media səhifə istifadəçiləri sizi də aşağıdakı kimi hər hansı “post”a işarələyiblərsə (tag) ehtiyatlı olun və göstərilən keçidə əsla keçib məlumatlarınızı daxil etməyin”.
NewsCafe” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin sosial şəbəkə istifadəçilərinə etdiyi xəbərdarlıqda deyilir.
“Bu sizin hesab və səhifənizin oğurlanması üçün “phishing” hücumudur. Belə hallarla üzləşdiyinizdə həmin səhifəni şikayət edin, posta onun saxta olması ilə bağlı şərh yazın və eləcə də öz adınızı postdan “untag” (işarələməni silmək) edin”, - məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930