Azərbaycan və Rusiya minaaxtaranları 880 mina zərərsizləşdirib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 19 fevral 2021
0
Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-dən "NewsCafe"yə verilən məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə 880 ədəd mina və 27 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.
Minalardan 390 ədədi piyada əleyhinə, 490 ədədi isə tank əleyhinə olan minalardır.
[media=https://youtu.be/_dcIgMWRuf4]

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728