Həftəsonuna olan hava proqnozu açıqlandı: Yağış yağacaq, güclü külək əsəcək

Tural İbadlı Ekologiya 19 fevral 2021
0
Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "NewsCafe"yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728