Qvardiola həmkarını Buddaya bənzətdi

Tural İbadlı Futbol 27 fevral 2021
0
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında XXVI turun "Vest Hem"lə oyunu öncəsi rəqib komandadakı həmkarı Devid Moyeslə bağlı fikirlərini bildirib.
"NewsCafe" "Goal"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis onu Budda ilə müqayisə edib.
50 yaşlı mütəxəssis bildirib ki, Moyes Roy Hocson kimi insanlardan xoşu gəlir: "Onların əla uzun karyeraları var. Mən də məşqçilik işinə bu cür həvəsimin olmasını istərdim. Moyes böyük təcrübəyə malikdir. Ən azı bir dəfə onun yerində olmağı arzu edirəm. O, həm yaxşı, həm də pis məqamlarda Budda kimi sakitdir".
Qeyd edək ki, "Mançester Siti" - "Vest Hem" matçı bu gün keçiriləcək.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728