Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub

Tural İbadlı Futbol 17 iyul 2020
0
"Zirə” komandasının yeni baş məşqçisi bəlli olub.
"NewsCafe" klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: "Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.
Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031