Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95%-nə mənfi cavab verib

Tural İbadlı Sosial təminat | Sosial 04 mart 2021
0
2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.
Yəni, müraciət edən 1 301 nəfərdən cəmi 5,2 faizinin müraciətinə müsbət, 94,8 faizinin müraciətinə mənfi cavab verilib.
Müraciət edənlərdən yalnız 68 nəfərinə qaçqın statusu və müvafiq qoruma statusları verilib. 16 nəfər isə deportasiyaya qarşı qorunma qanunundan yararlanıb. Digər şəxslərə ölkəni könüllü tərk etmələri üçün vaxt verilib. Pandemiyaya baxmayaraq idarə məhkəmələrinin qərarları icraata götürülüb.
BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15% azalma deməkdir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031