Müştəri mağaza sahibini 12-ci mərtəbədən aşağı atdı

Tural İbadlı Qətl 08 mart 2021
0
İstanbulun Şişli ticarət mərkəzində müştəri qismində içəriyə daxil olan şəxs mağaza sahibi İlyas Dəmirçiyə qarşı zorakılıq edib.
"NewsCafe" “Haber Global”a istinadən xəbər verir ki, axşam saatlarında 21 yaşlı gənc məlum olmayan səbəblərdən sahibkarı ticarət mərkəzinin 12-ci mərtəbəsindən aşağı atıb.
Xoşbəxtlikdən, İ.Dəmirçi təqribən 5 metr altdakı 11-ci mərtəbəyə düşüb. Onun ayağı 4 yerdən qırılsa da, özü sağ qalıb.
Sahibkar ilk ifadəsində ona hücum edən şəxsi ilk dəfə gördüyünü bildirib.
Hadisənin səbəbləri araşdırılır.  
 @Oxu.az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031