Ata Abdullayev DTX tərəfindən saxlanılıb
Videobloger Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
"NewsCafe" xəbər verir ki, faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.
Onun hansı əmələ görə saxlanması hələlik açıqlanmayıb.
Qeyd edək ki, mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.