“MTN işi”ndə zərərçəkmiş kimi tanınan qadın dələduzluqda ittiham edilir

Məhkəmə | Sosial 13 mart 2021
0

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Newscafe” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim hakim Mirzə Xankişiyevin icraatındadır.
İki nəfərə qarşı dələduzluqda təqsirləndirilən U.Səfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031