Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyinin bu qurumunu cərimələdi

Tural İbadlı Maliyyə-Biznes 26 mart 2021
0
Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini cərimələyib.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə edib.
Qurum İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031