Kənd Təsərrüfatı Nazirliyinin Agentliyi limon ağaclarının şaxtadan qorunmasına 326 min manat xərcləyəcək

Tural İbadlı Aqro | Sosial 16 dekabr 2019
0
Kənd Təsərrüfatı Nazirliyinin Agentliyi limon ağaclarının şaxtadan qorunmasına 326 min manat xərcləyəcək
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) keçirdiyi açıq tenderin qalibi bəlli olub. “NewsCafe” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Amin and S Services" MMC olub.
Məlumatda deyilir ki, AKİA limon ağacları üçün şaxtadan qoruyucu örtüyün hazırlanması və quraşdırılması xidmətinə görə, adıçəkilən quruma 326 270 manat pul ödəyəcək.
Xatırladaq ki, nizamnamə kapitalı 10 manat olan "Amin and S Services" MMC 2017-ci ilin iyunun 5-də dövlət qeydiyyatına alınıb. Təşkilatın qanuni təmsilçisi Mirzəxanov Murad Rasim oğludur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031