Millimizin qapıçısı: "Rəqib haqqında az informasiyaya malikik"

Tural İbadlı Futbol | Sosial 26 mart 2021
0
“Çətin komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktiki cəhətdən yaxşı kollektivdir".
"NewsCafe" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin qapıçısı Emil Balayev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
27 yaşlı qolkiper bildirib ki, rəqib bir müddətdir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir: "Portuqaliya ilə müqayisədə Qətərin oyun üslubu haqqında az informasiyaya malikik. Bu da matç ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031