Prezident müxalif vitse-spikeri təltif etdi

Tural İbadlı Rəsmi xəbərlər 12 aprel 2021
0
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli Şöhrət” ordeni ilə təltif edilib.
"NewsCafe"nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. VHP sədrinin birinci müavini olan F.İbrahimli parlament rəhbərliyində müxalifəti təmsil edir.
F.İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930