Universitetdən stadion açıqlaması: "Öz qərarımızdır, heç kimdən icazə almamışıq"

Tural İbadlı Futbol 14 aprel 2021
0
Sumqayıt Dövlət Universiteti (SDU) təhsil müəssəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
"NewsCafe" xəbər verir ki, SDU-nun Mətbuat katibi Nazxanım Cəlilli "Report"a açıqlamasında universitetdə 15 ildən əvvəl idman dərslərinin tədris planında yer aldığını, sonradan isə ləğv olunduğunu söyləyib.
"Bu stadion keçmişdə olub, hazırda yoxdur, 15 il əvvəl idman dərsləri üçün istifadə olunurdu, indi isə idman dərsləri keçirilmir. Ondan sonra ikinci tədris binasına gediş-gəlişin asanlaşmasından ötrü orada güllər əkilib, açıq səma altında muzey düzəldilib və tələbələrin işlərinin asanlaşdırılması üçün yol salınıb, uşaqlar üçün idman, əyləncə və istirahət güşələri yaradılıb".
N.Cəlilli SDU-da tələbələr üçün stadionun olduğunu da vurğulayıb: "Birinci tədris binasının arxasında yeni stadionumuz var. Tədris planı olmadığı üçün köhnə stadiondan bu cür istifadə olunub. Orada güllər əkilib və açıq səma altında muzey yaradılıb. Tələbələr üçün nə lazımdırsa, etmişik. Orada mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şəraiti var".
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930