XİN Paşinyana şeirlə cavab verdi

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 16 aprel 2021
0
"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.
N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil".
"NewsCafe" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərinə dair şərhində deyilir.
XİN-ın açıqlamasında bildirilir:
"Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
“ Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda.”
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930