Rəsmi Bakıdan Rusiya XİN-in təxribatçı addımına belə reaksiya verdi

Tural İbadlı Daxili xəbərlər 23 fevral 2022
0
“Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur”.
"NewsCafe" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində bildirilib.
“Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki 22 fevral tarixində, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki hesabından təxribatçı paylaşım edilib.
Paylaşılan məlumatda bildirilir ki, bu gün 1928-ci il fevralın 22-si (10) Rusiya İmperiyası ilə İran arasında 1826-1828-ci illər ikinci rus-fars müharibəsinə son qoyan Türkmənçay sülh müqaviləsi imzalanıb.
Paylaşımda İrəvan və Naxçıvan xanlıqlarını Şərqi Ermənistan olaraq təqdim ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28