“Aztelekom”un baha qiymətə modem satan idarə rəisi işdən çıxarıldı

Tural İbadlı HiTech 06 may 2021
"Aztelekom" İstehsalat Birliyi Ucar Telekommunikasiya Qovşağının rəisi Zamir İsrafilov tutduğu vəzifədən azad edilib.
"NewsCafe"nin “Report”a istinadən verdiyi məlumata görə, bu barədə “Aztelekom”un baş direktoru Samir Məmmədov əmr imzalayıb.
Məlumatda deyilir ki, Z.İsrafilovun işdən azad edilməsinə səbəb onun vəzifəsinin öhdəsindən gələ bilməməsidir.
Bir neçə gün öncə sosial şəbəkələrdə qovşaq rəisinin pərakəndə satış qiyməti 75 manat olan modemi, 350 manata satması ilə bağlı şikayətlər yayılmışdı.
Hələlik onun yerinə təyinat yoxdur.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31