Nazir koronavirusa yoluxmuş baş direktoru vəzifəsindən azad etdi

Tural İbadlı HiTech | Sosial 22 aprel 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930