"Qarabağ" və "Sabah" klublarının əsas səhmdarları dəyişib

Tural İbadlı Futbol 24 may 2021
0
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Sabah" klublarının əsas səhmdarları dəyişib.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın rəsmi tvitter hesabında bildirilib.
COVID-19 pandemiyasına rəğmən, qitə futbolunun investisiyalar üçün yenə cəlbedici olduğu və 2020-ci ilin yanvarından 2021-ci ilin aprelinədək ümumilikdə 30 klubun yeni majoritar səhmdara ötürüldüyü vurğulanıb.
"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə "Report"a açıqlamasında bildirib ki, klubunun təsisçiləri barədə məlumatlar "Kommersiya sirri haqqında" Qanunun müvafiq müddəalarına görə kommersiya sirri hesab olunur: "Mülki dövriyyə subyektlərinin bu cür məlumatları hüquq-mühafizə orqanları və məhkəmələrin tələbləri xaricində ictimaiyyətə açıqlamaq kimi bir məcburiyyəti yoxdur. Odur ki, bu barədə açıqlama vermək istəmirik".
"Sabah"ın sözçüsü Elnur Həmidov isə "Report"a deyib ki, dəyişiklik təsisçi "Bridge company"nin klubun nizamnamə kapitalını artırmasından ibarətdir.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31