FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur

Tural İbadlı Daxili xəbərlər 05 iyul 2021
0
Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.
Bu barədə "NewsCafe"yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.
"Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031