AAYDA vətəndaşlara müraciət etdi

Tural İbadlı İnfrastruktur | Sosial 13 iyul 2021
0
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşlara müraciət edib.
"NewsCafe" xəbər verir ki, müraciətdə vətəndaşlardan yollarda gördükləri problemlərlə bağlı birbaşa Agentliyə məlumat verməsi xahiş oluur.
"Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi e-mail ünvanına ([email protected]) və ya sosial şəbəkə hesabları vasitəsi ilə (inbox) müraciət etməyiniz Sizdən xahiş olunur.
Göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən FOTO və ya VİDEO əlavə edin.
Küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqmətində agentliyimizin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün Sizin şikayət və təkliflərinizin bilavasitə bizə bildirməyiniz olduqca vacibdir.
Sizin hər-birinizin fikri bizim üçün çox önəmlidir!" - deyə müraciətdə bildirlir.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031