Naxçıvana səfər edənlərə şad xəbər - Avtobus reysləri bərpa edildi

Tural İbadlı İnfrastruktur 14 iyul 2021
0
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.
Bu barədə "NewsCafe"yə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur.
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək. Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər. Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031