Bakıdan Şuşaya gedən avtobuslara 400-ə yaxın bilet satılıb

Tural İbadlı İnfrastruktur | Sosial 24 yanvar 2022
0
Bu gündən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb. “NewsCafe”nin əldə etdiyi məlumata görə, fevralın 15-dək sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb. Bakı-Ağdam-Bakı marşturu üzrə isə bilet satışı bir qədər zəifdir. Belə ki, sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eyni sözü Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reysləri haqqında da demək olar. Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31