Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 23 iyul 2021
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.
"NewsCafe"nin məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Sədr,
Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031