Azərbaycanda daha 272 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə | Sosial 26 iyul 2021
0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "NewsCafe"yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 340 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3 570 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 616, ötən müddət ərzində isə ümumilikdə 3 980 697 test aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031