Son sutkada Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə 12 avqust 2021
0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "NewsCafe"yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17 602 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031