Vaksin vurduranlar mükafatlandırılacaq

Tural İbadlı Səhiyyə 28 iyul 2021
0
Cümə günündən etibarən koronavirusa qarşı peyvənd vurdurmağa başlayacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat alacaqlar.
"NewsCafe" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası tvitterdə məlumat verib.
“Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın. Bu, çox sadədir”, - məlumatda deyilir.
Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar: may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində onu vurduranlara baş mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.
Bundan əlavə, Nyu-York meri Bill de Blazio bütün bələdiyyə işçilərinə sentyabrın ortalarına qədər peyvənd etdirmələrini tapşırıb. O vaxta qədər peyvənd sertifikatı almayanlar mütəmadi müayinədən keçəcəklər.
Son məlumatlara görə, Nyu-Yorkda ümumilikdə 9,9 milyon koronavirus əleyhinə peyvənd vurulub, 4,4 milyondan çox insan hər iki dozanı vurdurub.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031