UNEC-in prorektoru işdən çıxarılıb

Tural İbadlı Elm-Təhsil 02 avqust 2021
Azərbaycan Dövlət İqtisad Universietinin (UNEC) tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev vəzifəsindən bu gün azad edilib.
"NewsCafe"nin məlumatına görə, bu barədə ali təhsil müəssisəsinin rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.
"UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim. Dosent A.Rzayev öz işini mükəmməl bilən, peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm", - o qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031