Bakıda daha bir marşrut xəttində gediş haqqı "BakıKart" ilə ödəniləcək

Tural İbadlı İnfrastruktur 02 sentyabr 2021
0
Sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər davam edir.
"NewsCafe" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.
Onun sözlərinə görə, sabahdan etibarən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Xatırladaq ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i "Bakıkart"a keçib.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930