Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib

Tural İbadlı İnfrastruktur 08 sentyabr 2021
0
Sentyabrın 6-dan “Bakı Metropoliteni” QSC-nin stansiyalarında nəzarət tədbirləri gücləndirilib.
"NewsCafe" xəbər verir ki, bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yay mövsümi başa çatdığından metronun xidmətindən istifadə edən sərnişinlərin sayının artması gözlənilir: "Sərnişin sıxlığının artma ehtimalı var. Koronavirus (COVID-19) pandemiyası da nəzərə alınaraq mövcud vəziyyətin təhlilini gücləndirmək üçün nəzarət mexanizmlərinin intensivliyi artırılıb”.
Bakı metrosu fəaliyyətini bu il mayın 31-dən bərpa edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metro yalnız həftənin 5 iş günü çalışır.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930