Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb

Tural İbadlı Oğurluq 02 oktyabr 2021
0
Ağstafa rayonunda oğurluq hadisəsi olub.
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsi və Tovuz Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Poylu qəsəbəsindəki evlərin birindən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Aslanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031