Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdə tutulur

Tural İbadlı Daxili xəbərlər | Siyasət 02 oktyabr 2021
0
“Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”.
"NewsCafe" xəbər verir ki, bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.
Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib: “Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”.
MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var: “Buna müvafiq olaraq, gələcəkdə Azərbaycanda da elektron səsvermənin tətbiqi nəzərdən keçiriləcək”.
Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən yerli seçkilərdə ilk dəfə olaraq elektron səsvermə sistemi Tbilisinin Krtsanisi rayonunda pilot layihə kimi tətbiq edilib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031