Saakaşvili həbsdən məktub yazdı: "Putinin əmri ilə həbs olunacağımı bilirdim"

Tural İbadlı Xarici xəbərlər 02 oktyabr 2021
0
Rustavi şəhəri 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarına məktubla müraciət edib. 
"NewsCafe" xəbər verir ki, bu barədə Saakaşvilinin feysbuk səhifəsində paylaşım edilib.
Məktubda bildirilir:
"Əziz silahdaşlarım və pərəstiş etdiyim gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub gələndə bilirdim ki, çox güman ki, Putinin əmri olan tamamilə uydurma saxta hökmlərlə həbs olunacam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmü tanımır. Ancaq yenə də ölkəmə və hər birinizə inandığım üçün gəldim. Sizdən çox xahiş edirəm ki, heç bir səs itməsin və bundan sonra hamımız birlikdə referendumun nəticələrini müdafiə edək. Mənim azadlığım və daha da önəmlisi, Gürcüstanın azadlığı tamamilə yaxın günlərdəki fəaliyyətinizdən və mübarizəmizdən asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm çəkinməyin və inanın ki, qələbəmiz əlimizdədir. Mən sizi sevirəm".
 @Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031