Telman İsmayılovdan xəbər var

Tural İbadlı Maliyyə-Biznes 23 oktyabr 2021
0
Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq almaq səbəbi məlum olub.
Bu barədə “NewsCafe” TASS-a istinadən xəbər verir.
Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarından sonra o, azadlığa buraxılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.
Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031