Azərbaycanda koronavirusdan 27 nəfər ölüb

Tural İbadlı Səhiyyə | Sosial 25 noyabr 2021
0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "NewsCafe"yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7736 nəfər vəfat edib, aktiv xəstə sayı 27 736 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930