DİN-in yeni veb-saytı istifadəyə verilib

Tural İbadlı Daxili xəbərlər 26 noyabr 2021
0
Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
NewsCafe”nın xəbərinə görə, yeni resurs dizayn və informativ baxımdan yeni metodlara uyğun hazırlanıb.
Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.
Yeni resursda mətbuatla əlaqələrin operativ qurulması, vətəndaş müraciətləri və DİN-in digər fəaliyyət sahələri ilə bağlı müfəssəl proqram təminatı yaradılıb.
Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.
Hazırda DİN-in saytına https://mia.gov.az/az/ ünvanından daxil olmaq mümkündür.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930